Rəhbərlik

Hüseyn Akif oğlu Səfərov

Hüseyn Akif oğlu Səfərov

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, nazir müavini, nazir vəzifələrini müvəqqəti icra edən

Doğum tarixi:

1977-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Tumaslı kəndində anadan olmuşdur.

 

Təhsili:

1998-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi üzrə bakalavr, 2001-ci ildə isə həmin universitetin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2002-ci ildə Bakı Biznes Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini başa vurmuşdur.

2005-ci ildə Bakı Dövlət Universitetində Hesablama riyaziyyatı ixtisası üzrə aspirantura təhsilini tamamlamışdır.

2008-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

 

Karyera:

1998-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bərdə bölgə şöbəsində fəaliyyətə başlamışdır (Ədliyyə Nazirliyinin Kadrlar şöbəsinə ezam edilmiş)

1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurasının Katibliyində, 2001-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-Analitik İdarəsində, 2002-ci ildən  yenidən Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurasının Katibliyində müxtəlif vəzifələrdə çalışmışdır.

2005-ci ildən Məhkəmə-Hüquq Şurasının Aparatının məsləhətçisi, aparıcı məsləhətçisi, böyük məsləhətçisi, 2010-cu ildən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi, 2015-ci ildən isə Bakı şəhəri  Yasamal Rayon Məhkəməsinin hakimi işləmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavininin 11 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin müavini təyin edilmişdir. Həmin sərəncama

əsasən, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək nazir vəzifələrinin müvəqqəti icrası da ona həvalə olunmuşdur.

Azərbaycan Respublikasında 2000-ci ildə ilk dəfə hakim korpusunun beynəlxalq standartlara uyğun, şəffaf prosedur əsasında formalaşdırılması prosesindəki fəaliyyətinə, 2002-ci ildə Naxçıvan MR-də  vakant olan hakim vəzifələrinə namizədlərin seçilməsi prosesindəki fəallığına görə mükafatlandırılmışdır.

 

Xarici dillər:

İngilis 

Rus

 

Həyatı:

Ailəlidir, iki övladı var.

Emin Kazım oğlu Kazımov

Emin Kazım oğlu Kazımov

Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin müavini

Doğum tarixi:

1981-ci ildə Şahbuz rayon Nurs kəndində anadan olmuşdur.

 

Təhsili:

2002-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisad hüquq fakültəsinin bakalavr pilləsini Hüquqşünaslıq ixtisası üzrə başa vurmuşdur.

 

Karyera:

2003-cü ildən əmək fəaliyyətinə başlamış, 2003-2011-ci illərdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyin İstintaq bölməsində müstəntiq və baş müstəntiq, 2011-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyin İcra şöbəsində şöbə rəisi vəzifəsində çalışmışdır. 

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə mükafatlandırılmışdır.

2021-ci ildə Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Ədliyyə nazirinin əmri ilə “Azərbaycan ədliyyəsinin 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.

Naxçıvan  Muxtar Respublikası Ali Məclis Sədri müavinin 24 fevral 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin müavini təyin edilmişdir.

 

Həyatı:

Ailəlidir, iki övladı var