Ədliyyə işçisinin andı
İlk dəfə ədliyyə orqanlarında işə qəbul olunmuş ədliyyə işçisi işə başlamamışdan əvvəl Azərbaycan Respublikasının dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Mən, ədliyyə orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacağıma, Azərbaycan Respublikasının Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, hüquq və vəzifələrimi qərəzsiz, vicdanla, qanuna tam uyğun həyata keçirəcəyimə, ədliyyə işçisinin şərəf və ləyaqətini uca tutacağıma and içirəm".