...

“Zəfərə gedən yolun 20 ili” mövzusunda tədbirlər keçirilib

13-10-2023 | 16:57

Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində və tabe qurumlarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunan “Zəfərə gedən yolun 20 ili” mövzusunda silsilə  tədbirlər keçirilib.

Xidmətdə keçirilən tədbirdə ədliyyə nazirinin müavini- Penitensiar Xidmətin rəisi, ədliyyə polkovniki Emin Kazımov çıxış edərək Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 20 il ərzində gördüyü möhtəşəm işlər, xalqımızın dərin hörmət və məhəbbəti, dövlətçilik tarixinə qızıl hərflərlə yazılan tarixi zəfər, həmçinin beynalxalq arenada artan nüfuzu barədə danışıb.

Sonra Penitensiar Xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ədliyyə sisteminin və penitensiar sahənin səmərəli inkişafı, cəza-icra siyasətinin uğurla yerinə yetirilməsi, yeni penitensiar komplekslərin istifadəyə verilməsi, müəssisələrdə yaradılan müasir şərait, məhkumların hüquqlarının təminatı barədə məlumat verib.

Tədbirin sonunda iştirakçılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçiridiyi xarici və daxili siyasət nəticəsində əldə etdiyi uğurlar və qazandığı tarixi zəfərdən bəhs edən sənədli filmə baxıblar.

Həmin gün Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində də Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyətə gəlişinin 20-ci ilinin tamam olması münasibətilə tədbirlər keçirilib.