...

Yetkinlik yaşına çatmayan məhkumların iştirakı ilə hüquqi maarifləndirici tədbir keçirilib

06-11-2026 | 15:17

"Uşaq Hüquqları Aylığı" çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Naxçıvan Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yetkinlik yaşına çatmayan məhkumların iştirakı ilə hüquqi maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ombudsmanın Naxçıvan Regional Mərkəzinin rəhbəri Qasım Bayramov, Mərkəzin böyük məsləhətçisi Vahidə Bayramova və Penitensiar Xidmətin əməkdaşı, ədliyyə leytenantı Səid Haxverdiyev çıxış ediblər.
Çıxışlarda "Uşaq Hüquqları Aylığı"nın əhəmiyyəti, uşaqların hüquq və azadlıqlarının qorunması, yetkinlik yaşına çatmayan şəxslərin hüquqi biliklərinin artırılması, onların cəmiyyətə sosial adaptasiyası və gələcəkdə hüquqazidd əməllərdən uzaq durmalarının vacibliyi diqqətə çatdırılıb.
Bildirilib ki, məhkumların hüquqi maarifləndirilməsi, onların hüquqlarının müdafiəsi, düzgün davranış və məsuliyyət hissinin formalaşdırılması, eləcə də cəmiyyətə yenidən inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır.
Sonda yetkinlik yaşına çatmayan məhkumları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.