
Yerli vergilərlə bağlı qanunvericiliyin tələbləri izah olunub
Avqustun 3-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Dövlət Vergilər Xidmətinin birgə təşkilatçılığı ilə Kəngərli rayonu Qıvraq qəsəbəsində rayon üzrə bələdiyyə sədrlərinin və vətəndaşların iştirakı ilə “Bələdiyyələrə ödənilən yerli vergilərlə bağlı qanunvericiliyin tələbləri” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, kiçik ədliyyə müşaviri Xəyal Eyvazov “Yerli vergilər və ödənişlərlə bağlı qanunvericiliyin tələbləri və bələdiyyələrin vəzifələri”, Dövlət Vergi Xidmətinin inzibati şikayətlərə baxılması şöbəsinin böyük dövlət vergi müfəttişi Famil Həsənov, “Bələdiyyələrə ödənilən vergi və ödənişlərin ödənilməsi qaydaları”, Bələdiyyələrlə iş mərkəzinin aparıcı məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Rövşən Mirzəyev “Pul tələblərinə dair inzibati aktların qəbulu ilə bağlı qanunvericiliyin tələbləri”mövzularında çıxış ediblər.
Tədbirdə muxtar respublikamızda da yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsi və , bələdiyyə fəaliyyəti üçün də əlverişli şərait yaradılması vurğulanıb. Qeyd olunub ki, bələdiyyə orqanlarının fəaliyyətinin səmərəliliyi onların maliyyə təminatı ilə bağlıdır. Bələdiyyələrin maliyyə imkanlarının artması bu orqanların qarşısında duran və yerli əhəmiyyətli məsələlərin həllinə də öz müsbət təsirini göstərir.
Bu gün bələdiyyələrin qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsi maliyyə təminatından asılıdır. Qanunvericiliyə əsasən yerli vergilər və ödənişlər bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə yerli büdcələrə köçürülən məcburi ödənişdir. Bu orqanlarının büdcəsinin formalaşdırılmasında yerli vergilər və ödənişlər xüsusi rol oynayır. Vergi qanunvericiliyi ilə müəyyən edilmiş yerli vergiləri tam həcmdə və vaxtında ödəmək vergi ödəyicilərinin borcudur. Yerli vergilər də məcburi ödəmələrdir və bu vergilərdən əldə olunan vəsait yerli büdcəyə daxil olur. Vergilərin ödənilməsi qanunvericilikdə müəyyən olunmuş müddətdə və məbləğdə vergi ödəyiciləri tərəfindən həyata keçirilməlidir.
Mövzu bağlı iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilmiş, onlara nazirlik tərəfindən hazırlanan “Əmlak və torpaq vergisinin hesablanması və ödənilməsinə dair” bukletlər təqdim edilmişdir.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |