...

Xocalı soyqırımının 33-cü ildönümü

26-02-2025 | 09:39

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum edərək kütləvi qırğın törədib. Şəhərin 2 500 sakini xilas olmağa çalışsa da, erməni qüvvələri dinc insanları gülləbaran edib. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb. 1 275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilib, yüzlərlə insan yaralanıb və şikəst olub.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası aparılır. Hazırda Xocalıdan olan məcburi köçkünlər ölkənin müxtəlif bölgələrində məskunlaşıb.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Xocalı şəhidlərinin qisasını aldı. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində Xocalı işğaldan azad edildi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalıda Azərbaycan bayrağını ucaltdı. 2024-cü ilin fevralın 7-də Xocalı ərazisində növbədənkənar prezident seçkiləri keçirildi. Faciədə iştirak edən erməni hərbi cinayətkarları tutulub və Azərbaycan qanunvericiliyinə uyğun cəzalandırılır.

Azərbaycan hökuməti “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı sakinlərinin doğma yurdlarına qayıdışını təmin etmək üçün genişmiqyaslı yenidənqurma işləri həyata keçirir.