Xocalı Soyqırımı ilə bağlı tədbir keçirilib
Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Xocalı Soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirlib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalı Soyqrımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Penitensiar Xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi Əli Rəhimov və şöbənin böyük inspektoru Nizami Nəcəfov çıxış ediblər. Çıxışlarda Xocalı soyqırımının dəhşətli və türürpədici məqamlarından bəhs edilib, erməni cəlladlarının vəhşi və qeyri-insani əməllərindən danışılıb. Qeyd olunub ki, bu ağır faciə xalqımızı daha da mətinləşdirib, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib. 2020-ci ilin sentyabr ayından başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə “dəmir yumruq” qalib gəlib və yeni reallıq yaradıb. 44 günlük müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını alıb, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Çünki artıq Xocalıda Azərbaycan Bayrağı dalğalanır.