XƏTTİN XÜSUSİ ƏLAMƏTLƏRİ OLAN BAŞ HƏRFLƏRİN KATEQORİYASI
Əlyazma mətnlərin bir qrup sözlərində baş hərflərinin yazılmasının xüsusiyyətlərini əks etdirən xətt əlamətləri mövcuddur. Burada baş hərflərlə yanaşı sətir hərfləri də nəzərdə tutulur. Sözlərin əvvəlinin və axırlarının yazılışı xəttin tədqiqatı üçün şübhəsiz maraq doğurur. Ora çox vaxt elə xüsusiyyətlər daxil edilir ki, onlar sətr hərflərində olmur. Bunun təbii səbəb vardır. Birinci hərflər başlanğıc cizgilərə, axırıncılar isə sonuncuya malik olur. Əlyazma mətnlərdə onsuz da sözün əvvəli və axırı müxtəlif yazı sürəti və basma ilə icran oluna bilər. Mətnlərin icrası zamanı çox vaxt hərflərin ölçüləri də müxtəlif olur. Əlyazma mətnlərdə başlanğıc hərflərin ölçüsü aşağıdakı kimi xarakterizə olunur:
Əlamətin təsviri: başlanğıc hərflərinin ölçüsü orta hesabla sətrdaxili hərflərin ölçüsündən fərqlənəndə, xüsusilə diqqət çəkir;
Əlamətin qiymətləndirilməsi: başlanğıc hərflərin orta ölçüsü müəyyən olunarkən sətrdaxili hərflərin orta ölçüsü ilə müqayisə edilməlidir. Bununla bərabər xəttin digər ölçülərinin intervala düşməsi eyniləşdirmənin qiymətləndirilməsində olduğu kimi vacib deyil. Tədqiqat zamanı hərflərin ölçüsü 1-2 mm olan fərq kifayət edir. Sözün başlanğıc hərflərinin orta ölçüsü sətri hərflərin orta ölçüsündən ciddi dərəcədə fərqləndikdə başqa intervala düşür. Bu zaman əlamətin sayca qiymətini 1-ə bərabər qəbul etmək lazım gəlir. Xətt əəlamətlərinin bir sıra xarakteristikaları aşağıdakı cədvəl 1-də öz əksini tapmışdır [1, s.41-43].
Cədvəl 1.
Xətt əlamətlərinin xarakteristikaları
Xarakteristika |
Qiyməti |
İzahlar |
Səviyyə |
Makroəlamət |
Hərflərin ölçüsü də makroəlamətdir |
Müntəzəmlik |
Müntəzəm |
Hər bir mətn üzrə qiymətləndirmək olar |
Struktur |
Asılı |
İlkin əlamət - hərflərin ölçüsü |
Ölçülmə |
Seçilən |
Ortalar müqayisəsi modeli. Qiymətlərdən biri seçilir |
İfadəlilik |
Polixotomik |
Xətt əlaməti üç mənaya malikdir |
Additivlik |
Yox |
Xətt əlamətini additiv də hesab etmək olar, çünki qiymətlər bütün imkanları ödəyir. Lakin bir qiymət seçildiyinə görə, bu formal olaraq düzgün olmur |
Əlamətin bazası |
Sözlərdə birinci hərflər, sətir hərfləri |
|
Əlamətin çəkisi |
0.1 |
|
Xətt əlamətləri aşağıdakı xüsusiyyətlərə malikdir:
1. Baş hərflər sətrdaxili hərflərdən böyükdür.
2. Baş hərflər sətrdaxili hərflərdən balacadır.
3. Baş hərflər sətrdaxili hərflərdən ölçüsünə görə fərqlənmirlər.
Qeyd olunan bu əlamətlər daha çox tipik hala daxildir. Baş hərflərin meyilliliyi isə aşağıdakı kimi təsvir olunaraq qiymətləndirilir:
Əlamətin təsviri: başlanğıc hərflərin meyilliliyi sətrdaxili hərflərin meyilliliyindən fərqlənəndə əlamətlərin rastgəlmə tezliyi daha az olur;
Əlamətin qiymətləndirilməsi: baş hərflərin meylinin ölçüsü orta olduqda sətrdaxili hərflərin meylinin orta ölçüsü ilə müqayisə olunur. Başlanğıc hərflərin meylinin orta ölçüsü sətrdaxili hərflərin meyilliliyindən böyük dərəcədə fərqləndikdə hərflərin ölçülü digər kateqoriyaya aid olur. Bu zaman həmin əlamətlərin ölçüsünün qiymətini yəni səviyyəsini 1-ə bərabər hesab olunur. Xətt əlamətlərinin ölçüsünün xarakteristikası aşağıda cədvəl 2-də izah olunmuşdur [2, s.37-40].
Cədvəl 2.
Xəttin əlamət xarakteristikaları
Xarakteristika |
Qiyməti |
İzahlar |
Səviyyə |
Makroəlamət |
Maillilik makroəlamətdir |
Müntəzəmlik |
Müntəzəm |
Hər bir mətn üzrə qiymətləndirmək olar |
Struktur |
Asılı |
İlkin əlamət - meyillilik |
Ölçülmə |
Seçilən |
Ortalar müqayisəsi modeli |
İfadəlilik |
Polixotomik |
Əlamət 6 mənanı ifadə edir |
Additivlik |
Yox |
Əlaməti additiv də hesab etmək olar, çünki qiymətlər bütün imkanları ödəyir |
Əlamətin bazası |
Sözlərdə birinci hərflər, sətir hərfləri |
|
Əlamətin çəkisi |
0.1 |
|
Verilmiş xətt əlamətləri aşağıdakı mənaları ifadə edir.
1. Başlanğıc hərflər sətrdaxili hərflərdən fərqli meyilliliyə malikdirlər.
Bu o deməkdir ki, başlanğıc hərflərdə meyilliliyin istiqaməti dəyişir. Burada fərqlilik daha çox güclüdür. Əgər daxili hərflər sağa meyillidirsə, baş hərflər düz olmalı ya da sola meyilli olmalıdır.
2. Baş hərflər daha güclü sağa meyillidirlər.
3. Baş hərflər daha zəif sağa meyilliliyə malikdirlər.
4. Baş hərflər daha güclü sola meyilliliyə malikdirlər.
5. Baş hərflər daha zəif sola meyilliliyə malikdirlər.
6. Baş hərflər sətrdaxili hərflər kimi meyilliliyə malikdir.
Əlyazma mətnlərdə daha tez-tez rast gəlinən hallardan biri də başlanğıc hərflərin özündən sonrakı hərflərə bitişik yazılışıdır. Baş hərflərin sətr hərflərinə bitişik yazılışı aşağıdakı kimi qeyd olunur:
Əlamətin təsviri: əlyazma mətndə bütün hərflər əlaqəli icra olunanda, baş hərflərin əlaqəli və ya ayrı yazılması diqqət çəkir. Əlaqəsiz icra olunan xətdə baş hərflər qalanlardan fərqlənməyəcəkdir. Lakin, əlaqəsiz icra olunmuş xətdə yalnız baş hərflərin onlardan sonra gələn hərflə birləşən vəziyyətinə praktiki olaraq rast gəlinmir.
Əlamətin qiymətləndirilməsi: tədqiqat ərəfəsndə neçə baş hərfinin sonrakı hərflə və ya sözlə əlaqəli icra olunması və neçə baş hərfin isə əlaqəsiz icra olunması hesablanır. Baş hərflərin ümumi sayının müvafiq nisbəti əlamətin hər iki səviyyə qiymətinə əsaslanır. Buna görə də aparılan tədqiqatda yalnız baş hərflərə deyil, sətr hərflərinə də baxılmalıdır. Baş hərflərinin xüsusiyyətləri aşağıda cədvəl 3-də verilmişdir [1, s.45-52].
Cədvəl 3.
Xətt əlamətlərinin xarakteristikaları
Xarakteristika |
Qiyməti |
İzahlar |
Səviyyə |
Makroəlamət |
İlkin əlamət kimi xəttin əlaqəliliyi makroəlamətdir. |
Müntəzəmlik |
Fakultativ |
Ancaq əlaqəli xətt tədqiq olunur |
Struktur |
Asılı |
İlkin əlamət - xəttin əlaqəliliyi |
Ölçülmə |
Qiymətləndirilən |
Rastgəlmə tezliyi modeli |
İfadəlilik |
Dixotomik |
Əlamət 2 əks mənaya malikdir |
Additivlik |
Additiv |
Rastgəlmə tezliyi modeli əsasında əlamətin hər iki qiymətinin səviyyəsini müəyyən etmək olar. bu əlaqmətlərin cəmi 1-ə bərabərdir |
Əlamətin bazası |
Sözlərdə birinci hərflər, (sətir) |
|
Əlamətin çəkisi |
0.1 |
|
Verilmiş xətt əlamətlərinin mənaları.
1. Baş hərflər əlaqəli icra olunub;
2. Əlaqəli icra olunmuş xətlər üçün tipik haldır;
3. Baş hərflər sözün digər hərfləri ilə birləşməyib.
Əlamətin təsviri: baş hərflərin forması daxili hərflərin formasından fərqlənməsi tədqiqat üçün əhəmiyyətli hesab olunur. Aparılan tədqiqatda baş hərflərin forma və istiqamətinin xüsusiyyətləri tədqiq olunur. Bu xüsusiyyətlər başlıca olaraq orta zona ilə müqayisədə ifadə olunur. Sətirüstü və sətiraltı zonalar üçün isə ayrıca əlamətlər müəyyən olunur. Tədqiqatın əhəmiyyətli tərəfi odur ki, məhz sətrdaxili hərflərdən fərqlənən əlamətlər təhlil edilir. Əgər qeyd olunanlar ümumi xüsusiyyətlərə aid olarsa o zaman həmin əlamətlər ümumi əlamətlərə aid edilir. Bizim məqalədə araşdırmağa çalışdığımız məsələ isə xəttin xüsusi əlamətlərinə xarakterik olan baş hərflərin kataqoriyasını əhatə edir.
Əlamətin qiymətləndirilməsi: tərtib olunmuş ekspert rəylərinin qiymətləndirilməsi məhkəmə və istintaq orqanları tərəfindən həyata keçirilirsə, aparılan tədqiqatda isə əlamətlərin qiymətləndirilmsi prosesi ekspert tərəfindən rəyin sintez hissəsində öz əksini tapır. Tədqiqat ərəfəsində əlamətlərn formal tezliyi modeli demək olar ki, uyğun gəlmir, ona görə də çox nadir hallarda forma bütün hərflər üçün fərqlənir. Bu baxımdan bir qayda olaraq, mətndə sözün əvvəlində fərqli icra olunan bir-iki hərfi müşahidə etmək olar. Belə tədqiqatda sözün sonuncu hərfləri tədqiqat üçün o qədər də əhəmiyyəti deyil. Çünki çox vaxt həmin hərflərin icra olunma xüsusiyyətləri sətri hərflərin yazılış xüsusiyyətlərinə malik olurlar. Baş hərflər iki əsas hissəyə bölünür [3, s.73-77]. Burada hərfin birinci hissəsi, yəni 1-ci elementi sərbəst qalır, ikinci hissəsi isə çox vaxt özündən sonrakı sətri hərflərə birləşirlər. Tədqiqatda əlamətlərin seçilməsi şaquli istiqamət üzrə aparıla bilər. Bu əlamətlərə Latın qrafikalı əlifbanın böyük hərflərindən “A”, “M”, “V” və s. xüsusilə kril əlifbasının kiçik hərflərindən “т”, “ш”, “щ” və ya latın əlifbasının kiçik hərflərindən “m”, “v”, “n” və s. hərflərinin seçilməsi şaquli istiqamətdə ölçüsünə görə seçilə bilər. Burada basma qüvvəsinin dərəcəsinə görə fərqlilik müşahidə oluna bilər. Hətta hərfin birinci hissəsinin digər fərqləndirici əlamətləri aşağıdakı kimi də mümkün ola bilər:
1. Başlanğıc (baş) hərflər uca və ensizdir.
Başlanğıc, əsasən də baş hərflər özündən sonrakı hərflərdən uca və ensiz icra olunub.
2. Başlanğıc (baş) hərflərin forması mürəkkəb və ya mürəkkəbləşdirilmiş şəkildə icra olunur.
Baş hərflərin mürəkkəbləşdirilmiş formada icra olunması sətri hərflərdən əsaslı şəkildə fərqlənməsinə görə qiymətləndirilə bilə. Qeyd etmək lazımdır ki, burada ancaq sətir hərfləri tədqiq olunaraq müqayisə olunur [4, s.78-83].
3. Başlanğıc (baş) hərflər hörükvari şəkildə icra olunur.
Baş hərflərdən sonra icra olunmuş sətri hərflər baş hərflərdən fərqli forma və istiqamətə malik icra olunmurlar. Ona görə də tədqiqatda yalnız o hərflərə diqqət yetirmək lazımdır ki, hansılar üçün prinsipcə hörükvari formaya daha çox rast gəlmək mümkündür. Bütün bunları mətndə sözün daxilində rast gələn hərflərdə xüsusi əlamətləri müqayisə etmək lazımdır.
Baş hərflərlə yanaşı sözdə sonuncu hərflərdə meyilliliyin dəyişilib-dəyişilməməsi məsələsində də diqqət edilməlidir. Düzdür burada dəyişmənin istiqaməti əsas rol oynamasa da qparılan tədqiqatda zəruri mələlələrdən hesab olunur. Əgər sözdə sonuncu hərflər qeyd olunan xüsusiyyətə malikdirlərsə, bu əhəmiyyətlidir. Əlamətə basma qüvvəsinin dəyişilməsi kimi kifayət qədər tez-tez rast gəlmək olar. Bununla belə meyilliliyin dəyişilməsi üçün müntəzəmlik əhəmiyyətli deyil. Sözdə bəzi sonuncu hərflər bir tərəfli fərqlənə bilərlər, digərləri isə başqa tərəfli. Əhəmiyyətli tərəfi odur ki, onlar sətrdaxili hərflərdən fərqlənirlər [5, s.65-67].
Sözdə sonuncu hərflərin meylinin istiqamətinin dəyişilməsi mütləq deyil. Lakin meyilliliyin fərqindən bəhs edilməsi üçün əlamətlər digər qrupa düşməlidir. Ona görə də, sözün sonuncu hərfləri istisna olmaqla, bütün xəttin meyilliliyini qiymətləndirilməsində əhəmiyyətlidir.
Emin Əliyev
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti
Almaniya Respublikasının "Almaniyanın Beynəlxalq Müasir Jurnalı"nda dərc edilmişdir