Voleybol yarışı təşkil edilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünün ədliyyə orqanlarında qeyd olunması münasibətilə voleybol yarışı keçirilmişdir. Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan dövlətçiliyinin tarixində əvəzsiz xidmətləri olan Ulu Öndərin əziz xatirəsini yad etmək, eyni zamanda idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzi aşılamaqdan ibarət olmuşdur.
Turnirdə açılış nitqi ilə çıxış edən xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən danışmış, onun hüquq və cəza-icra siyasəti barədə məlumat vermişdir.
Sonra nazirliyin yerli icra və probasiya qurumlarının, Məhkəmə Ekspertizası Mərkəzinin, cəzaçəkmə müəssisələrinin, İstintaq Təcridxanasının və Mühafizə Taborunun əməkdaşlarından ibarət 8 komandanın iştirakı etdiyi turnirə start verilib. Günün sonunadək davam edən yarışda Penitensiar Xidmətin Mühafizə Taborunun komandaları I və II yerin, Qarışıq Rejimli Cəzaçəkmə Müsəssisəsinin komandası isə üçüncü yerin qalibi olmuşlar.
Yarışın sonunda mukafatlandırma mərasimi olmuş, qalib komandalara diplomlar təqdim olunmuşdur.