Vətəndaş məmnunluğunun təmin edilməsinə dair tədbir keçirilib
Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə “Doğum və ölüm haqqında tibbi şəhadətnamələrin verilməsi qaydaları” mövzusunda tədbir keçirib. Səhiyyə Nazirliyində baş tutan tədbirdə müvafiq nazirliklərin aidiyyəti şöbə və bölmələrinin əməkdaşları, muxtar respublika üzrə fəaliyyət göstərən dövlət tibb müəssisələrinin məsul şəxsləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsin Müşahidə Şurasının sədri Ləman İbrahimova açaraq tədbirin keçirilməsinin məqsədi və əhəmiyyəti barədə məlumat verib, bugünkü tədbirin bu sahədə yaranmış çətinliklərin aradan qaldırılmasına töhfə verəcəyini vurğulayıb.
Sonra Səhiyyə Nazirliyinin sektor müdiri Kəmalə Həsənova “Ölüm və doğum haqqında tibbi şəhadətnamələrin verilməsi qaydaları”na dair qanunvericiliyin tələblərini diqqətə çatdırıb.Çıxışında ölüm hadisəsi kənd və qəsəbə yerində baş verdikdə və ölüm hadisəsi kənd, qəsəbə istisna olmaqla, yaşayış yerində baş verdikdə tibbi şəhadətnamələrin verilməsi qaydası, ölümün baş vermə səbəbi məlum olan hallarda tibbi şəhadətnamələrin verilmə qaydası , eyni zamanda tibbi şəhadətnamələrin pataloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilməsi qaydaları barədə ətraflı məlumat verib.
Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Reyhanə Əsgərova “Doğum və ölüm haqqında tibbi şəhadətnamələrə əsasən doğum və ölümün qeydiyyatı zamanı yaranan problemlər və qanunvericiliyə əsasən problemlərin həlli qaydaları” mövzusunda çıxış edib. Reyhanə Əsgərova müvafiq sahə ilə əlaqədar vətəndaş narazılığının qarşısının alınması istiqamətində vacib məqamlara toxunub. Bildirib ki, səhiyyə müəssisələri tərəfindən doğum və ölüm faktının təsdiqini müəyyən edən tibbi arayışların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməsi, həmin sənədlərdə düzgün olmayan məlumatların ötürülməsininqarşısının alınması, eyni zamanda qeydiyyat şöbələri tərəfindən onlara həvalə edilmiş səlahiyyətlərin məsuliyyətlə yerinə yetirilməsi qarşılıqlı əməkdaşlığın, eyni zamanda vətəndaş məmnunluğunun artırılmasına şərait yaradacaq. Reyhanə Əsgərova tibb müəssisələrinin əməkdaşlarının məsələ ilə bağlı suallarını cavbalandırıb.
Tədbirdə Səhiyyə Nazirliyinin məsul şəxsləri mövzu ilə bağlı yaranan problemlərin aradan qaldırılması istiqamətində aparılan işlərdən bəhs edib, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.