Uşaq hüquqları aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib
Uşaq hüquqları aylığı çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya Xidmətinin və İstintaq bölməsinin birgə təşkilatçılığı ilə Ordubad rayonunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə İcra və probasiya xidmətinin rəis müavini, İcra şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Rahib Səfərov, İstintaq bölməsinin baş müstəntiqi, ədliyyə müşaviri Zamin Nəbiyev, İcra və Probasiya Xidmətinin Probasiya şöbəsinin məsləhətçisi Anar Qulusoy çıxış ediblər. Görüş zamanı uşaqların hüquqlarının qorunması, onların qanuni mənafelərinin təmin edilməsi, uşaq hüquqları sahəsində qanunvericiliyin tələbləri və bu istiqamətdə maarifləndirmənin əhəmiyyəti barədə məlumat verilib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
![]() |
![]() |
![]() |
![]() |
![]() |

_1794571945.jpeg)
_1794571966.jpeg)

