...

Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

12-12-2025 | 17:48

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyin rəhbər heyəti və əməkdaşları müstəqil Azərbaycanın qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Ulu Öndərin əbədiyyətə qovuşmasının 22-ci ildönümü ilə əlaqədar olaraq dahi şəxsiyyətin əziz xatirəsi xüsusi ehtiramla yad edilib.

Ümummilli Lider Heydər Əliyev ölkəmizin müasir hüquq və ədliyyə sisteminin formalaşmasında müstəsna rol oynayıb. Ulu Öndərin rəhbərliyi dövründə hüquqi dövlət quruculuğunun təməli qoyulmuş, qanunvericilik sisteminin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi və ədliyyə orqanlarının institusional inkişafı istiqamətində mühüm addımlar atılmışdır.

Ümummilli Lider Heydər Əliyev xalqımızın qəlbində misilsiz xidmətlərinə görə əbədiyaşar xilaskar və müasir hüquqi dövlətimizin memarı kimi daim yaşayacaqdır.