...

Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

12-12-2024 | 17:46

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları xalqımızın Ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 21-ci ildönümü ilə əlaqədar Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, əbədi xatirəsini yad edərək dahi şəxsiyyətə dərin ehtiramlarını bildiriblər.

Hər bir xalqın tarixi onun yetirdiyi görkəmli şəxslərin fəaliyyəti ilə sıx bağlıdır. Tarix bəzən elə nəhəng simalar yetişdirir ki, xalq onları özünün idealı, iftixar mənbəyi, əbədi lideri kimi qəbul edir. Belə fenomenal şəxsiyyətlərdən biri də müasir Azərbaycan dövlətçiliyinin xilaskarı və memarı Heydər Əliyevdir. Ulu Öndər elə nadir liderlərdəndir  ki, öz ölkəsinə iki dəfə, bir-birindən köklü şəkildə fərqlənən iki sistem şəraitində uğurla rəhbərlik edib, hər iki dövrdə xalqın dərin hörmətini, etimadını və dəstəyini qazanıb. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb. Dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısında xidmətləri, dövlətçilik ənənələrinin formalaşmasında rolu misilsizdir. Bu xidmətlərinə görə Ümummilli lider bir xilaskar kimi xalqımızın qəlbində daim yaşayacaq.