Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin aparatının və tabe qurumların əməkdaşları iştirak edib.
Əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin Ədliyyə Nazirliyinin inzibati binasının foyesində Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə qoyulmuş büstü qarşısına gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Bu münasibətlə keçirilən tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov tədbiri giriş sözü ilə açaraq Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinə nəzər salıb. Ulu Öndərin müstəqilliyin ilk illərində hakimiyyətinin Naxçıvan dövründən bəhs edərək dövlət quruculuğu sahəsində gördüyü işlərdən, apardığı daxili və xarici siyasətdən bəhs edib. Bugün bərpa edilən ərazi bütövlüyümüzün, demokratiya və hüquqa əsaslanan dövlət quruculuğunun təməlinin məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Hüseyn Səfərov ulu öndərin hər bir azərbaycanlıya örnək olan dövlət xadimi xarakterinə malik olduğunu bildirərək, qeyd edib ki, dahi şəxsiyyət hər kəsin qəlbində əbədi yaşayacaq, daim seviləcək və Azərbaycan var olduqca əziz xatirəsi dərin hörmət və ehtiramla anılacaq.
Sonra Təşkilat-nəzarət şöbəsinin rəisi Səttar Zamanov “Ulu Öndərin ədliyyə orqanlarının inkişafındakı xidmətləri”, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Rafiq Cəfərov “Tarixə öz adını həkk etmiş qüdrətli siyasi xadim” və Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Reyhan Sadiqova “Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar kimi” mövzularında çıxış ediblər.