Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Naxçıvan MR Ədliyyə Nazirliyinin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin nazir müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, məhkəmə-hüquq islahatları, dövlət quruculuğu və xalqın rifahı naminə həyata keçirdiyi mühüm xidmətlərindən bəhs edib. Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir.
Tədbirin fəxri qonağı, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb, onun postsovet dövründəki idarəçilik məharətindən, Naxçıvanın inkişafı və Azərbaycanın müstəqilliyinin qorunması istiqamətindəki tarixi xidmətlərindən danışıb. Qeyd olunub ki, Heydər Əliyevin zəngin dövlətçilik irsi və milli ideyaları bu gün də Azərbaycan xalqının inkişaf yoluna işıq tutur.
Tarixçi alim, akademik İsmayıl Hacıyevin Ulu Öndər Heydər Əliyevin həyatı, zəngin dövlətçilik fəaliyyəti və Azərbaycanın xilası naminə göstərdiyi misilsiz xidmətlər barədə səsləndirdiyi tarixi faktlar, tədqiqatlar və elmi təhlillər ədliyyə işçiləri tərəfindən böyük maraq və dərin təəssürat hissi ilə qarşılanıb.
Sonda ədliyyə işçiləri Ulu Öndərin irsinin öyrənilməsi və təbliği istiqamətində əhatəli çıxışına görə akademik İsmayıl Hacıyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |

_1778245180.jpeg)






_1778245389.jpeg)