
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. O, 1923-cü il mayın 10-da Naxçıvanda doğulub.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Prezidenti seçilən Heydər Əliyev 1998-ci ildə yenidən bu vəzifəyə seçilib. 2003-cü ildə səhhəti ilə əlaqədar namizədliyini geri götürüb. O, həmin il dekabrın 12-də ABŞ-da vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Ulu Öndər Heydər Əliyev bir çox beynəlxalq mükafatlara və fəxri adlara layiq görülüb. Prezident İlham Əliyev 2023-cü ili “Heydər Əliyev İli” elan edib və bununla bağlı Tədbirlər Planı təsdiqləyib.
Ulu Öndərin Qarabağın azadlığı arzusu onun davamçısı İlham Əliyev tərəfindən gerçəkləşdirildi. 2023-cü ilin sentyabrında dövlət bayrağımız Xankəndi və digər şəhərlərdə ucaldılaraq Azərbaycanın suverenliyi tam bərpa olundu.