...

Ümummilli lider Heydər Əliyevə həsr olunan filmə baxış olub

04-04-2023 | 02:57

Mayın 13-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində yerli qurumların əməkdaşlarının iştirakı ilə Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar təsdiq olunan  tədbirlər planı çərçivəsində ulu öndərin unudulmaz xatirəsinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi müavini əvəzi kiçik ədliyyə müşaviri Ələkbər Hüseynov açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Bu xalq olaraq bizim ulu öndərin müqəddəs ruhu qarşısında mənəvi borcumuzun yerinə yetirilməsi üçün yaradılan fürsətdir. Hər bir azərbaycanlı, hər bir vətəndaş bugün müstəqil, suveren, demokratik dəyərlərə malik ölkədə yaşamağımız, milli kimliyimizin dünya səhnəsindən silinməməsinin, bayrağımızın beynəlxalq aləmdə müstəqilliyimizin simvolu kimi dalğalanmasının banisi olan ümummilli lider Heydər Əliyevə minnətdar olmalıdır. Müasir tariximizin şanlı səhifələrinin yazılmasında müstəsna xidmətləri olan dahi şəxsiyyətin ideyaları, amalı daim xalqımız üçün müqəddəs olacaq, Azərbaycan var olduqca ulu öndər mənən bizlə yaşayacaq. Onun ruhu Azərbaycanın müstəqilliyi kimi əbədi olacaq.  

Sonra ulu öndərin mənalı ömrünə həsr edilmiş “Əbədiyyətin ilk əsri” filminə baxış olub.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti