Ulu öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib
İyunun 24-də Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd olunması ilə əlaqədar təsdiq olunan tədbirlər planın icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Məhkəmə Ekspertizası Mərkəzinin rəisi baş ədliyyə müşaviri Rafiq Cəfərov çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatındakı xidmətlərindən bəhs edib. Vurğulanıb ki, çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Tədbirdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirlən uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsi, ərazi bütövlüyünün bərpa olunması, xalqın sosial rifah halının yaxşılaşması xüsusi qeyd olunmaqla, tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin siyasi irsi və ideyalarını daim yaşadacağı, nəsillərdən nəsillərə ötürəcəyi vurğulanıb.
Sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmə baxılıb.