...

Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb

26-12-2024 | 14:55

Naxçıvan Muxtar Respublikasında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Naxçıvan Muxtar Respublikasının ədliyyə işçiləri təyyarə qəzasında həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan həlak olanlara rəhmət, yaralılara isə tezliklə şəfa diləyir.