...

Tələbələr üçün keçirilən əyani təlim maraqla qarşılanıb

26-05-2026 | 12:21

Texniki peşə təhsili səviyyəsi üzrə təhsil alan tələbələr üçün əyani təlim keçirilib. Təlim zamanı tələbələr "APF Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətində təcrübəyə cəlb olunublar. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki eksperti Həsən Babayev tərəfindən tələbələrə ekspertiza fəaliyyətinin əsas istiqamətləri, iş prosesi və müasir metodlar barədə məlumat verilib, praktiki nümunələr əsasında izahlar təqdim olunub.
Qeyd edək ki, keçirilən təlim tələbələrin nəzəri biliklərini praktik mühitdə möhkəmləndirmələrinə və gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı olmalarına töhfə verir.