...

Təcridxanaya gətirlimiş həbs edilmiş şəxsə məxsus əşyalarda narkotik maddə aşkarlanıb

12-06-2024 | 14:30

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən  İstintaq Təcridxanasına gətirilmiş həbs edilmiş şəxsin qəbul edilməsi zamanı ona məxsus əşyalarda narkotik maddə aşkar edilərək götürülüb.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qayda”larının tələbləri əsasında həbs olunmuş şəxs Əliyev Nurlan Rasim oğlu İstintaq təcridxanasına qəbul edilən zaman onun üzərində tam axtarış, eləcə də ona məxsus əşyalara baxış keçirilmişdir. Axtarış aparılarkən özünə məxsus əl çantasının içərisində olan şalvarın arxa cibində şəffaf selefona bükülü, ağ rəngdə toz halında təmiz çəkisi 0,052 qram psixotrop maddə metamfetamin aşkar olunub.

Hazırda faktla  bağlı araşdırma aparılır.