...

Şərur rayonunda vətəndaş qəbulu keçiriləcək

22-10-2025 | 10:50

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq, oktyabrın 30-da saat 10:00-da Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Şərur rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 29 oktyabr 2025-ci il tarixədək Şərur Rayon İcra və Probasiya Şöbəsinə (ünvan: Şərur şəhəri, 28 May küçəsi 3, əlaqə telefonu: (036) 542-32-36, 050-420-93-33) müraciət edərək, habelə Nazirliyin (036) 544-54-70, 050-558-38-00) nömrəli telefonları və office@njustice.gov.az. elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.