Şərur rayon sakinində odlu silah aşkarlaıb
23-12-2023 | 11:27
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətininin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin və Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayonu Aşağı Yaycı kənd sakini, 1960-cı il təvəllüdlü Zeynalov Səyyub Əziz oğlundan 1 ədəd Avtomat Kalaşnikov markalı odlu silah götürülmüşdür. Keçirilmiş tədbir zamanı Zeynalov Səyyubun həmin silahi Şərur rayonunun Şahbulaq kəndi ərazisində dağlıq ərazidə saxladığı müəyyən edilmişdir. Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir