“Şərq qapısı” qəzetində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsindən reportaj hazırlayıb
“Şərq qapısı” qəzetinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsindən hazırlanmış “17 il azadlıq işığına həsrət, 6 il övlada sarıla bilməmək, ailə özləmi və daha nələr-nələr” başlıqlı reportajı dərc edilib. Cəzaçəkmə müəssisəsində insan hüquq və azadlıqlarının həyata keçirilməsindən, eyni zamanda məhkumlar üçün yaradılan şəraitdən bəhs edilib, müəssisədə təşkil edilən əl işləri emalatxanası və əməyə cəlb edilən məhkumlardan müsahibələr verilib. Qeyd olunub ki, emalatxana cəzaçəkən şəxslərin faydalı işlə məşğul olaraq maddi gəlir əldə etmələri, habelə azadlıqdan çıxdıqdan sonra cəmiyyətə inteqrasiya olunmaları üçün əhəmiyyət daşıyır.
Müəllif məhkumların dilindən peşmançılığı, azadlıqdan məhrumolunmanın çətinliklərini və cinayətdən uzaq olmağın dəyərini oxuculara təsirli ifadələrlə çatdırıb.
İnsanları cinayət törətməkdən çəkindirmək, cinayətin nə dərəcədə ağır məhrumiyyətlərə səbəb olması, həmçinin məhkumlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasından ibarət olan məhkumların islah edilməsi prosesinin hər bir kəs tərəfindən başa düşülən sadə dildə əks olunduğu məqalə ədliyyə işçiləri tərəfindən də maraqla qarşılanıb.
“Şərq qapısı” qəzetinin kollektivinə, reportaj hazırlayan əməkdaşlara təşəkkür edir və işlərində uğurlar arzu edirik.
https://serqqapisi.gov.az/xeberler/17-il-azadliq-isigina-hesret-6-il-ovlada-sarila-bilmemek-aile-ozlemi-ve-daha-neler-neler