Sədərək rayonunda vətəndaş qəbulu keçiriləcək
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq, 23 dekabr 2025-ci il tarixdə, saat 11:00-da Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Sədərək rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul Sədərək rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 22 dekabr 2025-ci il tarixədək Sədərək rayon İcra və Probasiya Bölməsinə (ünvan: Sədərək rayonu, Heydərabad qəsəbəsi, əlaqə telefonu: (036) 549-22-31, 050-660-86-01) müraciət edərək, habelə Nazirliyin (036) 544-54-70, 050-558-38-00 nömrəli telefonları və office@njustice.gov.az. elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.