Sədərək rayonunda “Açıq qapı” günü keçirilib
05-10-2023 | 17:52
Oktyabrın 05-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları Sədərək rayonunda “Açıq qapı” günü təşkil ediblər. Sədərək Rayon Məhkəməsinin inzibati binasında keçirilən qəbul zamanı vətəndaşların, əsasən, aliment, pul tələbi, qeydiyyat və notariat əməliyyatları ilə bağlı müraciətləri dinlənilib.
Müraciət edən şəxslər fərdi qaydada qəbul edilərək onlara qanunamüvafiq məsləhətlər verilib və həlli mümkün olan məsələlərə dəstək göstərilib. Nazirliyin səlahiyyət dairəsinə aid araşdırma tələb edən müraciətlər isə həll edilməsi ilə bağlı nəzarətə götürülüb.