Sahibkarlıq sahəsində yoxlamalarla bağlı təlim keçirilib
Oktyabrın 20-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı yoxlayıcı orqanların əməkdaşları üçün maarifləndirici təlim keçirilib.
Təlimdə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Aqibət Əliyev sahibkarlıq sahəsində aparılan yoxlamaların qanunvericilik əsasları barədə məlumat verib. Bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu yoxlamaların vahid qaydada həyata keçirilməsi, yoxlayıcı orqanların və sahibkarların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Notariat,
qeydiyyat və reyestr şöbəsinin Notariat bölməsinin rəisi Nərminə Əlizadə və Notariat,
qeydiyyat və reyestr şöbəsinin baş məsləhətçisi Təbriz Eyvazlı çıxışlarında yoxlamaların keçirilməsi qaydası, məqsədi və növləri, hüquqi məsuliyyət məsələləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, sahibkarlıq sahəsində yoxlamalar əvvəlcədən vahid məlumat reyestrində qeydiyyata alınmaqla həyata keçirilir.
Təlim çərçivəsində yoxlamaların təşkili və sənədləşdirilməsi, hüquqi məsuliyyət, etik davranış, sahibkarlarla ünsiyyət, eləcə də yoxlamaların dayandırılması ilə bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılıb.
Sonda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
_1792647054.jpeg)
_1792646812.jpeg)


_1792646939.jpeg)
_1792646962.jpeg)
_1792646983.jpeg)