...

Qeyri-iş günlərində ədliyyə xidmətləri əlçatan olacaq

19-03-2026 | 16:43

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq, vətəndaşlara qeyri-iş günlərində də ədliyyə xidmətləri göstəriləcəkdir.

Bu çərçivədə Naxçıvan “ASAN xidmət” mərkəzində yerləşən Qeydiyyat Şöbəsi və Notariat ofisi 30 mart 2026-cı il tarixində fəaliyyət göstərəcək.

Muxtar respublikada fəaliyyət göstərən digər notariat ofisləri isə aşağıdakı növbəli iş qrafikinə uyğun olaraq fəaliyyət göstərəcəklər:

Naxçıvan şəhər 3 saylı Notariat Ofisi – 26, 27 mart tarixlərində saat 10:00-dan 13:00-dək;

Babək rayon Notariat Ofisi – 24, 25 mart tarixlərində saat 10:00-dan 13:00-dək;

Şərur rayon 2 saylı Notariat Ofisi – 23, 25, 27 mart tarixlərində saat 10:00-dan 13:00-dək;

Culfa rayon Notariat Ofisi – 23, 24 mart tarixlərində saat 10:00-dan 13:00-dək;

Ordubad rayon Notariat Ofisi – 23, 27 mart tarixlərində saat 10:00-dan 13:00-dək;

Şahbuz rayon Notariat Ofisi – 25 mart tarixində saat 10:00-dan 13:00-dək;

Kəngərli rayon Notariat Ofisi – 23, 27 mart tarixlərində saat 10:00-dan 13:00-dək.

Vətəndaşlar göstərilən tarixlərdə müvafiq notariat ofislərinə müraciət edə bilərlər.