Qarışıq rejimli cəzaçəkmə müəssisəsində maarifləndirici tədbir təşkil olunub
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi ilə birgə maarifləndirici tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə Penitensiar xidmətin Tərbiyə işinin təşkili bölməsinin rəisi, ədliyyə polkovnik-leytenantı Rəşad Cəlilov açaraq mənəvi dəyərlərin, milli-mənəvi həmrəyliyin və cəmiyyətə sağlam inteqrasiyanın əhəmiyyətindən danışıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin eksperti Sabir Xəlilov və Heydər məscidinin imamı Şahin İsmayılov çıxış edərək milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi, cəmiyyətə faydalı fərd kimi formalaşmada mənəvi tərbiyənin rolu barədə ətraflı məlumat veriblər.
Tədbir iştirakçıları tərəfindən mövzu ilə bağlı ünvanlanan suallar cavablandırılıb və maarifləndirici görüş qarşılıqlı fikir mübadiləsi şəraitində başa çatıb.
![]() |
![]() |
![]() |
![]() |
_1786112976.jpeg)
_1786112994.jpeg)
_1786113010.jpeg)
_1786113028.jpeg)