Qadın məhkumlar üçün bayram tədbiri təşkil edilib
27-03-2024 | 15:33
Martın 19-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində cəza çəkən qadın məhkumlar üçün də bayram abu - havası yaşanıb. Məhkum qadınlar azad ev həyatını xatırladan şəraitdə şirniyyatlar hazırlayıblar. Sonra çay süfrəsi təşkil edilib. Ədliyyə Nazirliyinin əməkdaşı Nuranə Kərimova və Penitensiar Xidmətin əməkdaşı Turanə Məhərəmli məhkum qadınları Novruz bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar.
Çay süfrəsi ətrafında məhkumlar və əməkdaşlar birlikdə səmimi söhbət edib yumurta döyüşdürüblər.
Qadın məhkumlar tədbirin təşkilinə görə minnətrlıqlarını ifadə ediblər.