...

Probasiya nəzarətində olan şəxslərin reinteqrasiyası istiqamətində fərdi iş aparılıb

02-07-2026 | 16:43

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya xidmətinin və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş və cəzasının çəkilməsi təxirə salınmış şəxslərin sosial adaptasiyası, reabilitasiyası, məşğulluğunun təmin edilməsi və cəmiyyətə reinteqrasiyası istiqamətində fərdi görüşlər keçirilib. Görüşlərin əsas məqsədi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həmin şəxslərin sosial adaptasiyasına, reabilitasiyasına, məşğulluq imkanlarının artırılmasına və cəmiyyətə reinteqrasiyasına dəstək göstərməkdən ibarət olub.

Qəbul zamanı müraciətlər dinlənilərək qeydiyyata alınıb və fərdi yanaşma əsasında iş aparılıb. Həmçinin iştirakçılara dövlətin təqdim etdiyi sosial dəstək mexanizmləri barədə ətraflı məlumat verilib, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və gələcəkdə sosial rifahının yaxşılaşdırılması istiqamətində zəruri addımların atılmasının vacibliyi vurğulanıb.