...

Penitensiar Xidmətin əməkdaşları Bakı şəhərində ezamiyyətdə olublar

11-10-2023 | 10:52

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları 3-7 oktyabr 2023-cü il tarixlərdə Bakı şəhərində ezamiyyətdə olublar.
Ezamiyyət müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aidiyyəti idarələrinin rəisləri ilə görüşüb, həmin idarələrin iş prinsipi ilə tanış olublar. Burada onların fəaliyyətləri bağlı onları maraqlandıran suallara aydınlıq gətirilib. Həmin gün əməkdaşlar nazirlikdə yaradılmış Heydər Əliyev, Zəfər və Ədliyyə Muzeylərində olublar.
Xidmətin əməkdaşları eyni zamanda Bakı İstintaq Təcridxanasında, 4,6,9 saylı cəzaçəkmə müəssisələrində, Tərbiyə müəssisəsində və Mühafizə Alayında olaraq bütün xidmət sahələrinin fəaliyyəti, sənədləşmə işlərinin həyata keçirilməsi, eyni zamanda zəruri sənəd nümunələri ilə tanış olublar.
Ezamiyyət müddətində penitensiar müəssisələrdə məhkum və həbs edilmiş şəxslərlə rəftar, onların saxlanma şəraiti ilə bağlı beynəlxalq sənədlərin tələbləri və digər məsələlərlə bağlı müzakirələr aparılıb.