Penitensiar Xidmətdə növbədənkənar prezident seçkiləri ilə bağlı müşavirə keçirilib
2024-cü il fevralın 07-də Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması ilə bağlı Prezident İlham Əliyevin dekabrın 7-də imzaladığı Sərəncamının irəli gələn vəzifələrin icrası ilə bağlı Naçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində müşavirə keçirilmişdir.
Müşavirədə xidmətin şöbə və bölmə rəisləri, cəzaçəkmə müəssisələrinin rəhbərləri, aidiyyəti əməkdaşlar, Mühafizə Taburunun komandiri və 3 saylı Babək-Şahbuz-Kəngərli Dairə Seçki Komissiyasının əməkdaşı iştirak edib.
Ədliyyə nazirinin müavini-Penitensiar Xidmətin rəisi Emin Kazımov seçkinin təşkili, seçki qanunvericiliyində nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi üçün Penitensiar Xidmətin üzərinə düşən vəzifələrin düzgün və vaxtında icra edilməsi istiqamətində görüləcək işlər barədə məlumat verib. Məhkum olunmuş şəxslər üçün xüsusi vəsiqələrin hazırlanması, seçici siyahılarının tərtib olunaraq Dairə Seçki Komissiyasına verilməsi, səsvermə günü məntəqədə səs verəcək şəxslərin, eləcədə seçkidə müşahidəçi qismində iştirak edəcək şəxslərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin təhlükəsizliyinin təmin olunması istiqamətində tapşırıqlar verib.
Sonra 3 saylı Babək-Şahbuz-Kəngərli Dairə Seçki Komissiyasının nümayəndəsi Səfər Hüseynov seçkilərin keçirilməsi, qapalı müəssisələrdə yaradılacaq məntəqə seçki komissiyalarının iş fəaliyyəti barədə geniş məlumat verib.