...

Ötən ilin yekunları müzakirə olunub

31-01-2025 | 17:11

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü ildə gördüyü işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş xidməti müşavirə keçirilib.

Müşavirəni Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərov açaraq ötən il ərzində aparılmış ekspertiza işləri, onların xarakteri, tədqiqat obyektlərinin sayı və daxil olan ekspertiza işlərinin statistikası barədə məlumat verib. O, həmçinin 2023-cü illə müqayisədə əldə olunan nəticələrə dair izahlar təqdim edib.

Daha sonra Mərkəzin müxtəlif bölmə rəhbərləri – Ballistik və Trasoloji Ekspertizalar Bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Səməd Şahtaxtinski, Yol-Nəqliyyat Hadisələrinin Ekspertizası Bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Məhəmməd Həşimov, Mühəndis-Texniki Ekspertiza Bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Həsən Babayev, Psixoloji Ekspertiza Bölməsinin rəisi, I dərəcəli ədliyyə quluqçusu Valeh Fərəcov və Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini, kiçik ədliyyə müşaviri Emin Əliyev 2024-cü ildə görülən işlər barədə məruzələrlə çıxış ediblər.

Çıxışlar zamanı ekspertiza sahələri üzrə daxil olan işlərin sayında artım müşahidə olunduğu qeyd edilib və bu artımın ehtimal edilən səbəbləri müzakirə edilib.

Müşavirəyə yekun vuran Rafiq Cəfərov ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərovun ekspertiza fəaliyyəti ilə bağlı tapşırıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, 2025-ci ildə ekspert rəylərinin obyektiv, tam və dolğun hazırlanacağını, bütün ekspertiza sahələri üzrə təhlillərin aparılacağını, yeni texnologiyaların tətbiq ediləcəyini vurğulayıb. Həmçinin ekspertlərin peşə hazırlığının artırılması üçün kurs və treninqlərə cəlb olunmasının prioritet məsələlərdən biri olacağını qeyd edib. Məhkəmə və hüquq mühafizə orqanları ilə səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi bildirilib