Naxçıvanda məhkumlar üçün “Novruz” Şənliyi təşkil edilib
Martın 19-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Naxçıvan Muxtar Respublikasının 100 illik yubleyi və Novruz bayramının qeyd edilməsi məqsədi ilə “Yurdumuza bahar gəlir”adlı konsert proqramı təşkil olunub.
Məhkumların iştirakı ilə bayram tonqalı yandırılıb.Tonqal ətrafında əyləncəli anlar yaşanıb.Müəssisə daxilində davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib və dövlət himnimiz səsləndirilib.
Pentensiar xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi Əli Rəhimov çıxış edərək Naxçıvan Muxtar Respublikasının 100 illik yubleyi və xalqımızın qədim və milli bayramı olan “Novruz” bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib və onlara səmimi arzularını çatdırıb.
Sonra Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin əməkdaşları və “Harmoniya” instrumental ansamblı tərəfindən milli musiqilər səsləndirilib. Məhkumlar rəqs ediblər. Bayram ab- havası yaşatmaq üçün səhnəyə “Novruz” bayramının əsas personajları “ Kosa və Keçəl” gəlib.
Tədbirin sonunda cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən “Harmoniya” instrumental ansamblı və aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrə və il ərzində fərqlənən məhkumlara təşəkkürnamələr verilib.