...

Naxçıvanda “Elektron İcra Sistemi” ilə bağlı maarifləndirici tədbir keçirilib

10-05-2025 | 12:54

Mayın 8-də  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji İnkişaf Planının təsdiq edilməsi barədə” nazirin 12 fevral 2025-ci il tarixli, 5-T nömrəli Əmrinin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya xidməti, eləcə də yerli icra və probasiya qurumlarının əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətinin qrup rəhbəri Tural Məmmədov yeni istifadəyə verilmiş “Elektron İcra Sistemi” barədə ətraflı məlumat verib. Bununla yanaşı, Nazirliyin Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsinin İnformasiya texnologiyaları məhsulları və layihələrin idarə edilməsi şöbəsinin rəisi Rüfət Əlisultanlı tərəfindən “Elektron hərrac portalı”nın Naxçıvan Muxtar Respublikasında tətbiqi və sistemlərin funksional imkanları barədə təlim keçirilib, metodik köməklik göstərilib.

Tədbir zamanı 2025-ci il üçün Ədliyyə Nazirliyinin Strateji Hədəflərinə uyğun olaraq, icra xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, icra göstəricilərinin artırılması və bu sahədə qarşıda duran vəzifələr geniş müzakirə olunub.