Naxçıvanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək
Naxçıvan Muxtar Respublikası Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elan olunmuş növbəti müsabiqə üzrə ərizə qəbulu başa çatıb. Müsabiqədə iştirak edən namizədlər üçün test imtahanı oktyabrın 26-sı saat 11:00-da Naxçıvan şəhərindəki M.T.Sidqi adına 4 nömrəli tam orta məktəbdə kompüter vasitəsilə keçiriləcək.
Ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar imtahana buraxılış vərəqəsini DİM-in rəsmi dim.gov.az/az saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etmək mümkündür.
Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı 1 saat qalmış imtahan binasının qarşısına gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.
Qeyd edək ki, qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Qanunvericilik üzrə sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlarla namizədlər njustice.gov.az/qulluga-qebul linkinə daxil olaraq tanış ola bilərlər. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.
Əlavə məlumatı njustice.gov.az internet səhifəsindən və ya (036) 545–00–69, 060 – 313 – 12 – 12 nömrəli telefonlar vasitəsilə əldə edə bilərsiniz.