...

Naxçıvanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş söhbət mərhələsinin nəticələri açıqlanıb

02-06-2025 | 17:32

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, qulluğa qəbulla bağlı müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş söhbət mərhələsi yekunlaşıb.

Bu mərhələdə iştirak etmiş 10 namizəddən zəruri keçid balı toplamış  8 nəfərin  “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib. 

Namizədlər icbari təlimlə bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları bölməsi ilə əlaqə saxlaya bilərlər. (Naxçıvan  şəhəri, İslam Səfərli küçəsi 1, telefon: (036) -545-00-69

 Söhbət mərhələsinin nəticələrinə görə uğur qazanmış namizədlərin siyahısı:

  1. Axundzadə Billurə Xalid qızı
  2. Allahverdiyev Sənan Cəlil oğlu
  3. Əliyeva Lalə Vasif qızı
  4. Hüseynli Tayfun Nüsrət oğlu
  5. Hüseynov İqbal Qafar oğlu
  6. Novruzova Afidə Vidadi qızı
  7. Qaybalıyev Emil Maşallah oğlu
  8. Quliyev Anar Elşən oğlu