Naxçıvanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş söhbət mərhələsinin nəticələri açıqlanıb
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarında vakant olan icra məmuru vəzifələrinə qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş söhbət mərhələsi yekunlaşıb.
Bu mərhələdə iştirak etmiş 10 namizəddən zəruri keçid balı toplamış 8 nəfərin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib.
İcbari təlimin yekunları üzrə imtahandan uğurla keçən namizədlər peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alaraq ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.
Namizədlər icbari təlimlə bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Kadrlar bölməsi ilə əlaqə saxlaya bilərlər. (Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1, telefon: 036-545-00-69).
Söhbət mərhələsində uğur qazanaraq icbari təlimə cəlb olunan namizədlərin
SİYAHISI
1.Ələkbərov Ruslan Eldəniz oğlu |
2.Əliyev Həmzə Suliddin oğlu |
3.Mirzəyev Şükür Əkbər oğlu |
4.Cəfərzadə Cəfər Hüseyn oğlu |
5.İmanov Emin Əli oğlu |
6.Mustafayev İldırım Novruz oğlu |
7.Məmmədov Şahmar Fəxrəddin oğlu |
8.İsmayılov Araz Polad oğlu |