Naxçıvanda ədliyyə orqanlarına qəbul üzrə test imtahanı keçirilib
27-10-2025 | 08:32
Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul üzrə növbəti test imtahanı keçirilib.
İmtahan kompüterlər vasitəsilə elektron formada Naxçıvan şəhər 4 saylı tam orta məktəbdə təşkil edilib.
İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.
İmtahanda 10 nəfər iştirak edib. 9 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.