Naxçıvanda ədliyyə orqanlarına qəbul üzrə söhbət mərhələsinin nəticələri açıqlanıb
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, qulluğa qəbulla bağlı müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş söhbət mərhələsi yekunlaşıb.
Bu mərhələdə iştirak etmiş 9 namizəddən zəruri keçid balı toplamış 7 nəfərin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib.
Namizədlər icbari təlimlə bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları bölməsi ilə əlaqə saxlaya bilərlər. (Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1, telefon: (036) 545-00-69)
Söhbət mərhələsinin nəticələrinə görə uğur qazanmış namizədlərin siyahısı:
1. Alıyev Xətai Allahverdi oğlu
2. Həziyev Araz Hüseyn oğlu
3. Kəngərli Bayram Akif oğlu
4. Maxsudov Zal Əsgər oğlu
5. Mehdiyev Ravil Adil oğlu
6. Tağızadə Zeynalabdın Rəşadət oğlu
7. Vəliyev Məhəmməd Natiq oğlu