...

Naxçıvanda Ədliyyə Nazirliyinin kollektivi ağacəkmə aksiyası keçirib

16-03-2026 | 13:48

Martın 14-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi tərəfindən “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Aksiya Naxçıvan-Şərur magistral yolunun 15-ci kilometrliyində, yolun sol hissəsində ayrılmış ərazidə həyata keçirilib.

Tədbirdə Nazirliyin aparatının, Penitensiar Xidmətin və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları həvəslə iştirak ediblər. Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsinə töhfə vermək, ekoloji maarifləndirməni artırmaq və ərazidə yaşıllıq sahələrinin genişləndirilməsinə dəstək göstərmək olub.

Aksiya zamanı əməkdaşlar müxtəlif növ ağac tingləri əkib, onları suvararaq lazımi aqrotexniki qulluq göstəriblər.