Naxçıvanda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Ədliyyə sistemi hüquqi dövlət quruculuğunun mühüm institutlarından biri kimi qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması, hüquqi münasibətlərin tənzimlənməsi istiqamətində mühüm funksiyaları yerinə yetirir. Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 22-də Ədliyyə İşçilərinin Peşə Bayramı Günü qeyd olunur.
Peşə bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad edib. Ardınca Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi anılıb.
Nazirlikdə təşkil olunan tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədliyyə fəaliyyətinə göstərdiyi yüksək diqqət və qayğıdan, ədliyyə orqanlarının dövlət idarəçiliyindəki mühüm rolundan, eləcə də son dövrlərdə ədliyyə sistemində həyata keçirilən mütərəqqi islahatlardan bəhs edib. Qeyd olunub ki, aparılan institusional və rəqəmsal yeniliklər ədliyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasına, keyfiyyətinin və əlçatanlığının artırılmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Emin Kazımov və Strateji Planlaşdırma və Monitorinq İdarəsinin rəisi Səttar Zamanov da çıxışlarında ədliyyə işçilərinin üzərinə düşən vəzifələrin məsuliyyətindən bəhs ediblər. Bildirilib ki, hər bir əməkdaş qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması, dövlətə və cəmiyyətə xidmət prinsiplərinə sadiqlik nümayiş etdirməli, xidməti vəzifələrini yüksək məsuliyyətlə yerinə yetirməlidir.
Bir sıra əməkdaşın mükafatlandırılmasına dair Azərbaycan Respublikası ədliyyə naziri Fərid Əhmədovun əmri tədbir iştirakçılarının diqqətinə çatdırılıb, həmçinin Muxtar Respublika Ədliyyə Nazirliyi tərəfindən xidməti fəaliyyətində fərqlənən bir qrup əməkdaş mükafatlandırılıb.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
_1795325210.jpeg)
_1795325238.jpeg)
_1795325260.jpeg)
_1795325288.jpeg)

_1795325406.jpeg)
_1795325425.jpeg)
_1795325447.jpeg)
_1795325480.jpeg)
_1795325501.jpeg)
_1795325526.jpeg)
_1795325548.jpeg)
_1795325569.jpeg)
_1795325587.jpeg)