Naxçıvanda ədliyyə işçiləri ağacəkmə aksiyası keçirib
Noyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi “22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü” münasibətilə ağacəkmə aksiyası həyata keçirib.
Naxçıvan-Şərur magistral yolun 15-ci kilometrliyində, yolun sol tərəfində müəyyən edilimiş ərazidə keçirilən aksiyada Nazirliyin aparatının, Penitensiar Xidmətin və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları iştirak ediblər.
Aksiyanın məqsədi ekoloji maarifləndirməni artırmaq, ətraf mühitin qorunmasına dəstək vermək və ərazidə yaşıllıqların genişləndirilməsinə töhfə verməkdir.
Tədbir iştirakçıları müxtəlif növ ağac tinglərini əkib, suvarıb və onlara aqrotexniki qulluq göstəriblər. Bu cür aksiyların keçirilməsi əməkdaşlıq ruhunu gücləndirməklə yanaşı, həm də yaşıl ətraf mühitin qorunmasına xidmət edir.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |






