
Naxçıvanda bələdiyyə üzvləri üçün təlim keçirilib
Aprelin 29-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Şərur rayonunda “Yeni tərkibdə formalaşan bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə dair qanunvericiliyin tələbləri” mövzusunda təlim keçirilib. Təlimdə Şərur, Kəngərli və Sədərək rayonları üzrə fəaliyyət göstərən bələdiyyə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov açaraq təlimin məqsədi, mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.
Daha sonra şöbənin böyük məsləhətçisi Təbriz Eyvazlı isə “Yerli özünüidarəetmənin həyata keçirilməsində bələdiyyə üzvlərinin vəzifələri və məsuliyyəti” mövzusunda çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Ədliyyə Nazirliyi bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi, hüquqi maarifləndirmə və fəaliyyətlərinin qanunauyğun qurulmasına metodoloji dəstək göstərilməsi istiqamətində mütəmadi tədbirlər görür. Bu işlər muxtar respublikada bələdiyyə fəaliyyətinin inkişafına və dövlət-vətəndaş mənafelərinin qorunmasına xidmət edir.
Vurğulanıb ki, Ədliyyə Nazirliyi bələdiyyə işinin təşkili, aktların qəbulu, iclas protokollarının düzgün tərtibi, kargüzarlıq, arxiv və sənəd dövriyyəsinin təşkili, şəffaflığın təmin olunması məsələlərində bələdiyyələrə müvafiq tövsiyələr verir.
Sonda iştirakçılar mövzu ilə bağlı müzakirələr aparıb, suallarını ünvanlayıblar.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |