...

Naxçıvan şəhərində borclularla profilaktiki görüş keçirilib

25-06-2023 | 14:30

Ədliyyə Nazirliyi tərəfindən məhkəmə və digər orqanların qərarlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə tam icrası daim diqqətdə saxlanılır. Nazirliyin 2023-ci ilə dair iş planına uyğun olaraq aidiyyəti şöbə və bölmənin əməkdaşları yerli icra və probasiya qurumlarına köməklik göstərir və icradan yayınma hallarının qarşısının alınması üçün borclular barədə profilaktik tədbirlər keçirir.
İyunun 23-də Naçıvan Şəhər Məhkəməsinin inzibati binasında təşkil edilən tədbirdə nazirliyin İstintaq bölməsinin baş müstəntiqi II dərəcəli ədliyyə qulluqçusu Asət Mirzəyev və İcra və probasiya şöbəsinin rəis müavini kiçik ədliyyə müşaviri Rəşad Allahverdiyev Naxçıvan şəhər İcra və probasiya bölməsinin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla görüşüblər. Görüşdə qeyd olunub ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərinin Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Əməkdaşlar borclu şəxslərə qanunvericiliyin tələbləri izah etmiş, qərarların borclu şəxslər tərəfindən qərəzli olaraq icra edilməməsinin yaratdığı hüquqi məsuliyyət barədə məlumat vermişlər.
Sonra aliment və pul tələbi ilə bağlı ödənişləri gecikdirən borclular dinlənilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmış və iştirakçıların suallarına aydınlıq gətirilmişdir.