...

Naxçıvan şəhərində “ Açıq qapı” günü keçirilib

04-04-2023 | 10:31

May ayının 12-də  Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları "Açıq Qapı" günləri çərçivəsində növbəti qəbulu Naxçıvan şəhərində təşkil ediblər.

Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında baş tutan görüş zamanı qəbula gələn vətəndaşların müraciətləri dinlənilib və onlara ədliyyə orqanlarının fəaliyyət istiqamətlərinə uyğun məlumatlar verilib. Daha çox aliment, pul tələbi, qeydiyyat, notariat əməliyyatları ilə bağlı müraciətlər qeydə alınıb və qanunvericiliyə uyğun rəsmiləşdirilib. Vətəndaşlara qanunvericilik çərçivəsində hüquqi yardım göstərilib, yerində həll edilməsi mümkün olan məsələlər həll edilib və araşdırma tələb edən müraciətlər qeydə alınaraq nəzarətə götürülüb. Nazirliyin səlahiyyətinə daxil olmayan məsələlərlə əlaqədar müraciətlər üçünsə aidiyyəti üzrə müraciət edilməsi istiqamətində tövsiyələr verilib.

Qeyd edək ki, “Açıq qapı” günlərinin muxtar respublikanın rayon və şəhərlərində keçirilməsi davam etdirilir.

 

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti