...

Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin müavini vətəndaşları qəbul edib

06-11-2023 | 09:55

Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq noyabrın 03-də Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov nazirlikdə vətəndaşların qəbulunu keçirib.

Gün ərzində aparılan qəbul zamanı əsasən aliment və pul tələbi, uşaqla ünsiyyət, məhkəmə və digər orqanların qərarlarının icrası, bələdiyyə torpaqlarının icarəyə verilməsi, habelə işlə təmin olunma ilə bağlı ümumilikdə 12 vətəndaş qəbul edilib. Qəbula gələn hər bir vətəndaş diqqətlə dinlənilib, şikayət və ərizələri sənədləşdirlib.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.