Naxçıvan Muxtar Respublikası ərazisində ədliyyə xidmətlərinin qeyri-iş günlərində də vətəndaşlar üçün əlçatanlığı təmin ediləcək
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qrafik üzrə vətəndaşlarımıza ədliyyə xidmətləri göstəriləcəkdir.
Naxçıvan “ASAN xidmət”mərkəzində Qeydiyyat şöbəsi Novruz bayramındakı qeyri-iş günləri çərçivəsində 25-26 mart tarixlərində fəaliyyət göstərəcək.
Muxtar Respublikada fəaliyyət göstərən notariat ofisləri isə aşağıdakı növbəli iş rejmində fəaliyyət göstərəcəklər:
21-22 mart 2024-cü il tarixdə Babək rayon Notariat Ofisi
21-24 mart 2024-cü il tarixdə Ordubad rayon Notariat Ofisi
22, 25 mart 2024-cü il tarixdə Şərur rayon 1 saylı Notariat Ofisi
22 mart 2024-cü il tarixdə Kəngərli rayon Notariat Ofisi
23,26 mart 2024-cü il tarixdə Şərur rayon 2 saylıNotariat Ofisi
23 mart 2024-cü il tarixdə Naxçıvan şəhər 3 saylı Notariat Ofisi
23 mart 2024-cü il tarixdə Culfa rayon Notariat Ofisi
23 mart 2024-cü il tarixdə Şahbuz rayon Notariat Ofisi
25-26 Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisi