...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

25-12-2024 | 17:56

Naxçıvan Muxtar Respublikasında idarəetmə mexanizminin müasirləşdirilməsi, bu sahədə həyata keçirilən struktur islahatları və dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin işinin və strukturunun daha optimal şəkildə təşkil edilməsini və ədliyyə sahəsinin inkişafını zəruri edir.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri 24 dekabr 2024-ci  tarixli  “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.